IT CONSULTING
Kitab Kapak

Azərbaycan dilində ilk SQL "Asan Yanaşma Yolu" kitabı

İlk Azərbaycan dilində SQL kitabı 2010-cu ildə 200 nüsxə tirajla nəşr olunub. Bu kitabın ilk nüsxəsi bir il ərzində böyük tələbatla qarşılandı. Lakin istifadəçilərin bəzi rəylərini nəzərə alaraq, 2013-cü ildə kitabın ikinci nəşri çap olunub.

9 il sonra, 2021-ci ildə, Oracle 19C üçün yenilənmiş SQL imkanları ilə əlaqədar yeni bir 3-cü nəşr çap edilmişdir. Bu nəşr SQL ilə ən son funksiyaları birləşdirərək mövcud ehtiyacları daha yaxşı qarşılayır. Ümumiyyətlə, indiyədək bu SQL kitabı 1000-dən çox tirajla geniş auditoriyaya çatdırılıb.

Azərbaycan dilində ilk PL/SQL "Peşəkarlığa Gedən Yol" kitabı

Bu kitab Oracle mühitində prosedur dilinin (PL/SQL) əsaslarına dərindən yiyələnmək istəyənlər üçün nəzərdə tutulmuşdur. PL/SQL dilində funksiyalar, prosedurlar, triggerlər, paketlər və daha çoxunu effektiv şəkildə öyrənmək üçün nəzəri və praktik misallar təqdim olunur.

Həm yeni başlayanlar, həm də təcrübəli proqramçılar üçün hazırlanmış bu resurs sayəsində siz məlumat bazası əməliyyatlarını daha təhlükəsiz və sürətli şəkildə həyata keçirə biləcəksiniz. Oracle 19C mühitinə uyğunlaşdırılmış kitab, PL/SQL ilə bağlı aktual yenilikləri və real-case nümunələri özündə cəmləşdirir.

PL/SQL Kitab Kapak