SQL.az brendi altında təqdim olunan kurslarla Oracle sertifikatları əldə etmək istəyənlər
üçün hərtərəfli hazırlıq təklif edirik.
Bu kurslar vasitəsilə siz:
sertifikatlaşdırma kimi təlimlər üzrə ixtisaslaşmaq imkanı əldə edə bilərsiniz. Bundan əlavə ana dilimizdə SQL asan yanaşma və PL/SQL proqramlaşdırma dili üçün kitab hazırlanıb satışı təşkil edilib.
2005-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin İnformatika ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2008-ci ildə magistratura pilləsini fərqlənmə diplomu ilə tamamlayaraq aspiranturaya daxil olmuş və texnika üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. 15 ildən artıq fərqli İT sahələrində (Bank, Card & Data Processing, dövlət sektoru) çalışmışdır. 2013-cü ildən Oracle şirkətinin elit qrupunun üzvü olaraq Oracle 11g Certified Master (OCM) titulunu qazanmışdır.
Oracle imtahanları üzrə uğurlar:
Həmçinin SQL və digər texnologiyalar üzrə geniş təcrübəyə malikdir. Ətraflı məlumat üçün: www.ocm.az
Texnika üzrə Fəlsəfə Doktoru, 15 ildən artıq İT sahəsi üzrə çalışır.
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin tələbəsi olub. Bakalavr, maqistratura və doktorantura pilləsini uğurlu şəkildə məhz həmin Universitetdə başa vurub.
Azərbaycanın ən böyük İT sahələrində (Telecom, Bank və Processing), müxtəlif rəhbər vəzifələrdə çalışıb. Ən iri Bank sistemləri sayılan Oracle Flexcube və Processing sistemi Tranzaxis TX miqrasiyalarında yaxından iştirak edib, uğurlu nəticələr əldə edib.
Oracle verilənlər bazasının inzibatcılığını, PL/SQL proqramlaşdırma dilini və SQL sorğu dilini mükəmməl bildiyinə görə - Oracle verilənlər bazası üzrə ekspertdi. Bundan əlavə JAVA üzrə proqramlaşdırma ilə məşğuldur. Həmçinin Linux ƏS və Cloud texnologiyaları üzrə dərin biliklərə malikdir.
Hal-hazırda elmi-praktiki və innovativ fəaliyyətini davam etdirir. Bir neçə elmi əsərlərin müəllifidir və ölkəmizi bir necə xarici konfranslarda uğurla təmsil edib.
Əlaqə: ramin.samedov@gmail.com