SQL Kitab
“SQL asan yanaşma yolu” 1-ci nəşri 23.11.2010-cu ildə çap olunmuşdur. Kitab Oracle 11g verilənlər bazası əsasında yazılmışdır, kitab 200 səhifədən ibarət idi. Növbəti 2-ci nəşr “SQL genişləndirilmiş versiya”sı 25.10.2013-cü ildə çap olunmuşdur.
Nəhayət, 01.03.2021-ci ildə “SQL asan yanaşma yolu” 3-cü nəşri ərsəyə gəlmişdir. Kitabda artıq bu günə olan Oracle şirkətinin Oracle 21c imkanları öz əksini tapmışdır.
“SQL asan yanaşma yolu” 3-cü nəşrində o biri nəşrlərdə olmayan aşağıdakı mövzular əlavə olunmuşdur:
* VARCHAR2, NVARCHAR2 32767 bytes; MAX_STRING_SIZE parametri
* SELECT operatorunda ROW LIMIT: FETCH və OFFSET operatorları
* Funksiyalar fəslində - TRANSLATE() funksiyası
* WITH operatorunda PL\SQL funksiyasından istifadə imkanı
* Cədvəllərdə INVISIBLE və IDENTITY sütunlarının istifadəsi haqqında
* Cədvəllərdə sütunların susma üzrə SEQUENCE qiymətini istifadə etməsi
* SQL Quarantine fuksionallığının qısaca təsviri
* “Əlavə A”-da Oracle verilənlər bazasının quraşdırılması haqqında məlumat
* https://livesql.oracle.com/ ilə Oracle-ın Cloud servisinin istifadə edilməsi
* SQL Developer quraşdırılması və istifadəsi üçün lazım olan məlumat